Azərbaycan çempionunu gözləyən PÜŞK
19.10.2020 - 12:12
Azərbaycan çempionunu gözləyən PÜŞK

Qadın həndbolçular arasında Avropa kubokunun 1/16 final mərhələsinin püşkatma vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, tədbir sabah – oktyabrın 20-də keçiriləcək.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Tədbirdə Azərbaycan çempionu “Azəryol”un da rəqibi bəlli olacaq.

Dünən başa çatan 2-ci raunddan azad olan Bakı klubu ilk sınağına noyabrın 14-15-də çıxacaq. 1/16 finalın cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
 

0