Azərbaycan çempionunun rəqibi bəlli oldu - avrokubokda
20.10.2020 - 15:07
Azərbaycan çempionunun rəqibi bəlli oldu - avrokubokda

Qadın həndbolçular arasında Avropa kubokunun 3-cü raundunun püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanadakı tədbirdə Azərbaycan çempionu “Azəryol”un avrokuboklardakı ilk rəqibi bəlli olub.

Əvvəlki mərhələdən azad olan Bakı klubu 1/16 finaldan yarışa qatılacaq. Təmsilçimiz Serbiyanın “Niş” klubu ilə üz-üzə gələcək.

Bu mərhələnin ilk görüşləri noyabrın 14-15-də, cavab matçları 21-22-də təşkil olunacaq. “Azəryol” ilk qarşılaşmanı səfərdə keçirməlidir. Lakin tərəflərin qarşılıqlı razılaşma ilə hər iki oyunu eyni şəhərdə keçirməsi də istisna deyil.
 

0
həndbol Azəryol Niş