Azərbaycan klubu avrokuboklardan kənarda qalacaq – EKSKLÜZİV
17.03.2021 - 14:19
Azərbaycan klubu avrokuboklardan kənarda qalacaq – EKSKLÜZİV

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun yeni mövsümlə bağlı planları bəlli olub.

Bunu apasport.az saytına Bakı təmsilçisinin prezidenti Fərid Xəlilov açıqlayıb.

Aprelin 9-da 20 illik yubileyini qeyd edəcək klubun rəhbəri ölkənin ən köklü komandasının yenə avrokuboklardan kənar qalacağını bildirib: “Təəssüflər olsun ki, avrokubok bizi bir mövsüm də gözləməli olacaq. Növbəti 2021-2022 mövsümündə gəncləri yetişdirmək və səviyyələrini artırmaqla məşğul olmağı planlaşdırırıq. 2022-2023 mövsümündə avrokubokda mübarizə aparmağı planlaşdırırıq”.

Qeyd edək ki, “Azərreyl” avrokuboklarda sonuncu dəfə 2018/19 mövsümündə çıxış edib. Həmin vaxt təmsilçimiz Çelenc kubokunda mübarizə aparıb.
 

0