Azərbaycan yığmaları mövqeyini qorudu - dünya reytinqində
01.02.2020 - 11:48
Azərbaycan yığmaları mövqeyini qorudu - dünya reytinqində

Voleybol üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Voleybol Federasiyasının (FİVB) cədvəllərində Azərbaycan yığmaları da yer alıb.

Qadınlardan ibarət millimiz dünyanın 22-ci komandasıdır. Ötənilki mövqeyini qoruyan yığmanın hesabında 33 xal var.

Siyahıya Çin millisi başçılıq edir – 320 xal. ABŞ 266 xalla 2-ci, Serbiya 252 xalla 3-cüdür.

Kişilərdən ibarət Azərbaycan yığmasının isə cəmi 7 xalı var. Komandamız dünyada 65-cidir. Voleybolçularımız ötənilki mövqeyini qoruya bilib.

Cədvəlin ilk üç pilləsində Braziliya (335), ABŞ (280) və Polşa (272) qərarlaşıb. 

0
FİVB voleybol reytinq