Azərbaycan yığmasının oyunlarının vaxtı dəqiqləşdi - Olimpiya Təsnifat Turnirində
30.10.2019 - 14:54
Azərbaycan yığmasının oyunlarının vaxtı dəqiqləşdi - Olimpiya Təsnifat Turnirində

Qadın voleybolçulardan ibarət milli komandaların Avropa Olimpiya Təsnifat Turnirinin təqvimi dəqiqləşib.

APA-nın məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarında “köhnə qitə”ni təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığmanın oyunlarının vaxtı müəyyənləşib.

Hollandiyanın Apeldorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan yığmasının matçlarının vaxtı da bəlli olub. Milli gələn il yanvarın 7-12-də keçiriləcək turnirin A qrupunda mübarizəyə Hollandiya ilə görüşlə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək.

Qeyd edək ki, digər qrupda Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq.

Qrup mərhələsi
A qrupu
7 yanvar

19:00. Polşa - Bolqarıstan
22:30. Azərbaycan - Hollandiya
8 yanvar
22:30. Bolqarıstan – Hollandiya
9 yanvar
19:00. Bolqarıstan – Azərbaycan
22:30. Hollandiya – Polşa
10 yanvar
23:00. Polşa – Azərbaycan

B qrupu
7 yanvar

16:00. Almaniya - Xorvatiya
8 yanvar
16:00. Xorvatiya – Türkiyə
19:00. Belçika - Almaniya
9 yanvar
16:00. Belçika - Xorvatiya
10 yanvar
16:30. Almaniya - Xorvatiya
19:30. Türkiyə - Belçika

Yarımfinal
11 yanvar

20:15. A1 – B2 və ya B1 – A2
23:45. B1 – A2 və ya A1 – B2

Final
12 yanvar

20:30. Yarımfinal cütlərinin qalibləri

0