Azərbaycanlı federasiya rəsmisi seçildi – CEV-in İnzibati Şurasına
16.10.2020 - 17:30
Azərbaycanlı federasiya rəsmisi seçildi – CEV-in İnzibati Şurasına

Avropa Voleybol Konfederasiyasının (CEV) İnzibati Şuranın tərkibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, Avstriyanın paytaxtı Vyanada keçirilən 41-ci Baş Assambleya çərçivəsində baş tutan prezident seçkilərinin ardından reallaşıb.

Şuraya 19 nəfər daxil edilib. Qurumun serbiyalı prezidenti Aleksandr Boriçiçin rəhbərlik etdiyi qurumda Azərbaycan da təmsil olunub.

Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov İnzibati Şuraya üzv seçilib.
 

0
Cəlil Cəfərov CEV İnzibati Şura