Azərbaycanlı qardaşlar “Beşiktaş”ın oyununda
25.11.2021 - 17:53
Azərbaycanlı qardaşlar “Beşiktaş”ın oyununda

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri növbəti təyinat alıblar.

Apasport.az saytının məlumatına görə, Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasının kuboku uğrunda yarışda yenidən ölkəmizi təmsil edəcəklər.

Təcrübəli referilər bu dəfə turnirin III mərhələsinin “Beşiktaş” – “Minsk” görüşündə söz sahibi olacaqlar.

Türkiyə və Belarusun kişi həndbolçulardan ibarət komandalarının oyunu noyabrın 28-də İstanbulun “Süleyman Seba Sport Haal” arenasında keçiriləcək.
 

0