Bakı klubunu seçməsinin səbəbini açıqladı – slovakiyalı hücumçu
08.05.2020 - 13:31
Bakı klubunu seçməsinin səbəbini açıqladı – slovakiyalı hücumçu

“Avropanın bir çox klublarından təklif almışdım. Bu, müqavilə ilə bağlı olduğum “CaanAthletics” menecerlik firması vasitəsilə gerçəkləşib”.

Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun yeni transferi Romana Hudeçova deyib.

Slovakiya millisinin 27 yaşlı hücumçusu Bakı təmsilçisini seçməsinin səbəblərini açıqlayıb: “Hədəfləri, uğurlu keçmişi və klubdaxili idarəetmə səbəbindən “Azərreyl”ə üstünlük verdim. Azərbaycanlı və türk voleybolsevərlərə gözəl oyun nümayiş etdirəcəyimizə ümidvaram. Yeni mövsümdə Çelenc kubokunda final oynamaq istəyirəm”.

Qeyd edək ki, 178 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb.
 

0
Romana Hudeçova voleybol Azərreyl