Başsız yığmalarımız Avropa Liqasında
02.12.2021 - 15:23
Başsız yığmalarımız Avropa Liqasında

Qadın və kişilərdən ibarət Azərbaycan milli komandaları Avropa Liqası yarışlarında mübarizə aparacaq.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Avropa Voleybol Konfederasiyası (CEV) yayıb.

Baş məşqçiləri bilinməyən yığmalarımız səviyyəsinə uyğun turnirdə mübarizə aparacaq. CEV-in açıqladığı siyahıya əsasən qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamız Gümüş Avropa Liqasında gücünü yoxlayacaq. 

Yarışın 2022-ci ilin may-iyun aylarında keçiriləcəyi planlaşdırılır. 

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasında bugünlərdə hesabat-seçki konfransı olub.
 

0