Birində dövrə bitir, digərində başlayır
03.04.2022 - 21:59
Birində dövrə bitir, digərində başlayır

Kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, kişi voleybolçular arasında Yüksək Liqada III dövrənin son oyunları aprelin 4-də olacaq. 

XV turun ilk qarşılaşmasında “Neftçi” “Murov”u (saat 15:00) sınağa çəkəcək. Ardınca “Sərhədçi” – MOİK (saat 17:00) oyunu baş tutacaq. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Aprelin 5-də isə qadın voleybolçular arasında Super Liqada IV dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək X turun ilk matçı saat 16:00-da “Murov” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra  UNEC - “Abşeron” duelinə start veriləcək.
 

0