Braziliya klubu ilə müqaviləni rəsmiləşdirdi – millimizin oyunçusu
30.06.2021 - 17:37
Braziliya klubu ilə müqaviləni rəsmiləşdirdi – millimizin oyunçusu

Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu karyerasını Braziliyada davam etdirəcək.

O, “Sesi” klubu ilə danışıqları müsbət yekunlaşdırıb. Tərəflər bir illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Odina ötən mövsümdə ABŞ-ın Pro Liqasında mübarizə aparan “Atletes Unlimited”in şərəfini qoruyub.
 

0