Canlı yayımlanacaq – Avropa çempionatı
18.08.2021 - 15:10
Canlı yayımlanacaq – Avropa çempionatı

Qadın voleybolçular arasında Avropa çempionatının oyunlarının yayımlayacaq televiziya kanalı müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, bu gün start götürən turniri Azərbaycanda İctimai Televiziya yayımlayacaq.

Çempionat dörd ölkədə - Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyada təşkil olunacaq. İTV Azərbaycan millisinin oyunlarını, həmçinin digər maraq doğuran qarşılaşmaları canlı nümayiş etdirəcək.

Qeyd edək ki, millimiz oyunları Serbiyada baş tutacaq A qrupunda meydan sahibləri, Rusiya, Fransa, Belçika, Bosniya və Herseqovina ilə mübarizə aparacaq.
 

0