Daha 2 oyunun vaxtı açıqlandı - Azərbaycan çempionatında
24.01.2020 - 21:19
Daha 2 oyunun vaxtı açıqlandı - Azərbaycan çempionatında

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha 2 matç keçiriləcək.

Apasport.az saytının məlumatına görə, I dövrə çərçivəsində yanvarın 25-də təşkil olunacaq “Xilasedici” – “Neftçi” qarşılaşması saat 14:00-da start götürəcək.

Bu oyunun ardınca – saat 16:00-da isə “Express” “Murov”la üz-üzə gələcək.

Hər iki matç Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində oynanılacaq.

0
voleybol Murov Xilasedici