Daha bir voleybolçu ilə müqaviləni rəsmiləşdirdi - “Azərreyl”
29.06.2020 - 16:15
Daha bir voleybolçu ilə müqaviləni rəsmiləşdirdi - “Azərreyl”

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu daha bir oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb. 

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi toppaylayıcısı Valeriya Kondratyeva ilə müqaviləni rəsmən yeniləyib. 

20 yaşlı milliləşdirilmiş legioner daha bir mövsüm “Azərreyl”in uğurları üçün çalışacaq. 

Bununla da ölkəmizi avrokubokda təmsil edəcək yeganə komandamızda oyunçuların sayı 9-a çatıb. Bakı klubu Kondratyevadan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Kazmier Braun, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlanılıb.

0
Valeriya Kondratyeva Azərreyl müqavilə