Dünya çempionatına buraxılmadı – Çexiya yığması
12.01.2021 - 00:47
Dünya çempionatına buraxılmadı – Çexiya yığması

Kişi həndbolçulardan ibarət Çexiya milli komandası dünya çempionatında iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.

Bir neçə oyunçusunun testi müsbət nəticələnən Çexiya yığması yanvarın 13-31-də Misirdə təşkil olunacaq mundiala buraxılmayıb. Əsasnaməyə görə onları Avropa çempionatında 15-ci olan Şimali Makedoniya əvəzləyəcək.

Qeyd edək ki, balkanlılar mundialda G qrupunda İsveç, Çili və Misirlə mübarizə aparacaq.
 

0