Dünyanın 26-cısı – Azərbaycan millisi
27.10.2020 - 11:42
Dünyanın 26-cısı – Azərbaycan millisi

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qadın və kişilərdən ibarət Azərbaycan milli komandalarının da mövqeyi bəlli olub.

127 xala malik xanım voleybolçularımız dünyanın 26-cı komandasıdır. Cədvələ Çin başçılıq edir – 391 xal. ABŞ 382 xalla ikinci, Braziliya 328 xalla üçüncüdür.

Kişilərdən ibarət millimiz 101 xala malikdir. Komandamız planetin 57-cisidir. İlk üç pillədə Braziliya (427), Polşa (384) və ABŞ (365) yığmaları qərarlaşıb.
 

0