Fasiləyə son
13.01.2020 - 15:53
Fasiləyə son

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunun keçirilmə yeri və başlama vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, çempionatda Avropa Olimpiya Təsnifat Turniri ilə bağlı yaranan qısa fasilə yanvarın 14-də başa çatacaq.
 
Həmin gün saat 17:00-da UNEC “Murov”u sınağa çəkəcək. Görüş Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, mövsümdə hələlik iki matç təşkil olunub. “Mübariz” “Murov”a, “Azərreyl” “Abşeron”a 3:1 hesabı ilə qalib gəlib. 
 

0
voleybol Murov UNEC