Fiasko - Qızıl Avropa LIqasında
06.06.2021 - 18:36
Fiasko - Qızıl Avropa LIqasında

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında son matçına çıxıb.

Apasport.az saytının məlumatına görə, yığmamız VI turda Rumıniya ilə qüvvəsini sınayıb.

A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri yarışı fiasko ilə bitiriblər. Bu görüşədək xal qazana bilməyən voleybolçularımız yenə eyni uğursuzluğu yaşayıblar. Nəticədə 6 oyundan sonra təmsilçimiz qrup mərhələsində cəmi 2 setə sevinə bilib. Bu isə son illərin ən uğursuz göstəricisidir.  

Qeyd edək ki, qrupun son matçında Fransa və İspaniya birinci yerin sahibini müəyyənləşdirəcək. 

VI tur, 6 iyun
17:00. Azərbaycan – Rumıniya - 0:3 (24:26, 12:25, 25:27)
Hakimlər:
Olivye Julye (Fransa), Daniel Aranoviç (Almaniya)
Marehal Harnes regional idman zalı

1

İspaniya

5

4

1

14-7

12

2

Rumıniya

5

3

2

14-10

11

3

Fransa

5

3

2

12-7

10

4

Azərbaycan

6

0

6

2-18

0

 

0