Fransa çempionunun oyunu azərbaycanlı hakimə tapşırıldı
02.12.2019 - 09:45
Fransa çempionunun oyunu azərbaycanlı hakimə tapşırıldı

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti dəfə etimad göstərib. 

Apasport.az saytının məlumatına görə, həmyerlimiz Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb. 

O, kişi voleybolçular arasında keçiriləcək “Verva” (Polşa) – “Tours” (Fransa) ədaləti qoruyacaq. Referi matçda baş hakim Andrey Zenoviçin (Rusiya) köməkçisi funksiyasını yerinə yetirəcək. 

Görüş dekabrın 4-də Varşavada olacaq. 

Qeyd edək ki, “Verva” ölkəsinin vitse-çempionu olduğu halda, “Tours” Fransa çempionudur. 

0
voleybol Eldar Zülfüqarov təyinat