İtaliya 3-cü dəfə Avropa çempionu oldu – Türkiyə bürünc qazandı
05.09.2021 - 00:34
İtaliya 3-cü dəfə Avropa çempionu oldu – Türkiyə bürünc qazandı

Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub. 

Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını İtaliya millisi qazanıb. 

Apennin təmsilçisi Belqradda keçirilən final görüşündə Serbiyaya 3:1 hesabı ilə qalib gəlib. Onlar bununla da Avropa çempionatında 3-cü dəfə qızıl medala yiyələniblər. 

Bürünc medallar isə Türkiyə yığmasına qismət olub. Qardaş ölkə təmsilçisi 3-cü yer uğrunda görüşdə Niderlandı 3:0 hesabı ilə məğlub ediblər. 

Qeyd edək ki, final mərhələsində Azərbaycan millisi də mübarizə aparıb. Lakin qrup mərhələsində 5 görüşdə uduzan komandamız turniri 24 ölkə arasında sonuncu yerdə bitirib. 
 

0