Jr.NBA Azərbaycan Liqasında 30 komanda
29.01.2020 - 11:11
Jr.NBA Azərbaycan Liqasında 30 komanda

Azərbaycanda yeni yaradılan Milli Basketbol Assosiasiyasının (MBA) 12-14 yaş qrupunu əhatə edən Jr.NBA Azərbaycan Liqasında mübarizə aparacaq komandaların sayı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarışın iştirakçılarının sayı bu gün təşkil olunan təqdimat mərasimində açıqlanıb.

Həm oğlanlar, həm qızlar arasında təşkil olunacaq liqada 30 komanda iştirak edəcək. Yarış MBA-nın formatına oxşar şəkildə təşkil olunacaq.

Komandalar iki konfransa bölünəcək, onların hər birində iki divizion olacaq. Bu ilin mart-may oyunlarında keçiriləcək matçlardan sonra 8 ən yaxşı iştirakçı pley-off mərhələsinə yüksələcək.

Qeyd edək ki, yarışda mübarizə aparacaq bütün komandalar MBA klublarının adlarını daşıyacaqlar. 
 

0
MBA komanda sayı basketbol