Kapitanı sıradan çıxdı - millimizin
22.08.2021 - 20:58
Kapitanı sıradan çıxdı - millimizin

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova zədələnib.

Apasport.az saytının məlumatına görə, yığmanın kapitanı Avropa çempionatında bir gün öncə Bosniya və Herseqovina ilə görüşdə sıradan çıxıb. 

Zədə səbəbindən III turda Rusiya ilə matça çıxmayan blokçunun bel əzələsi dartılıb. Bu səbəbdən həkimlər Abduləzimovanın bir neçə gün müalicə olunmasını vacib sayıb. 

Qeyd edək ki, yığmamız Avropa çempionatında hər 3 görüşünü 0:3 hesabı ilə uduzub. 

0