Liderin ilk məğlubiyyəti, "Atom" ikinci yerə yüksəldi - YENİLƏNİB
22.11.2019 - 19:53
Liderin ilk məğlubiyyəti, "Atom" ikinci yerə yüksəldi - YENİLƏNİB

Bu gün kişi basketbolçular arasında Azərbaycan Super Liqasında VII tura start verilib. 

Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma keçirilib. 

Lider "Zirvə" "Atom"u sınağa çəkib. Matç indiyədək məğlub olmayan Astara təmsilçisi üçün uğursuz alınıb. Hesabda geridə olan "Atom" yekunda qələbə qazanaraq, ikinci yerə yüksəlib. İlk məğlubiyyət "Zirvə"nin ən yaxın izləyicisi ilə xal fərqini də 1-ə endirib.  

Qeyd edək ki, turun digər matçları sabah olacaq. "Sıçrayış" "Xırdalan"la, "Atletik" "Sərkərdə" ilə, "80-lər" isə "Gəncə" ilə qarşılaşacaq. 

Super Liqa
VII tur
18:00. "Atom" - "Zirvə" - 95:89

Komandalar

Oyun

Qələbə

Məğlubiyyət

T/F

Xallar

"Zirvə-Astara"

7

6

1

+122

13

"Atom"

7

5

2

+66

12

"Sərkərdə"

6

4

2

+67

10

"Gəncə"

6

4

2

+1

10

"Atletik"

6

3

3

+7

9

"Xırdalan"

6

2

4

+12

8

"Sıçrayış"

6

1

5

-142

7

"80-lər"

6

0

6

-133

6

 

0
basketbol Zirvə Atom