Liderlərdən asan qələbə - YENİLƏNİB
10.03.2022 - 17:32
Liderlərdən asan qələbə - YENİLƏNİB

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, bununla da çempionatda II dövrəyə yekun vurulub.

Dövrənin son qarşılaşmaları “Murov” voleybol klubunun idman zalında baş tutub. Öncə meydana liderlə autsayder çıxıb.

“Murov” “Sərhədçi”ni üç setdə məğlub edərək liderliyini qoruyub. Turun digər qarşılaşması da üç hissədən ibarət olub.

“Neftçi” də “Ekspress” üzərində asan qələbə qazanıb. Bu qələbədən sonra “ağ-qaralar” mövsümün ilk yarısını liderdən bir xal geridə tamamlayıb.

Azərbaycan Yüksək Liqası
10 mart
X tur
15:00. “Sərhədçi” - “Murov” – 0:3 (13:25, 13:25, 10:25)

“Murov” voleybol klubunun idman zalı

17:00. “Neftçi” - “Ekspress” – 3:0 (25:15, 25:9, 25:13)
“Murov” voleybol klubunun idman zalı

1

Murov

8

7

1

22-6

685-534

20

2

Neftçi

8

6

2

21-7

667-529

19

3

MOİK

8

5

3

16-11

619-580

15

4

Ekspress

8

2

6

6-18

434-577

6

5

Sərhədçi

8

0

8

1-24

445-630

0

0