Liderlərdən növbəti qələbə – YENİLƏNİB
12.04.2022 - 18:55
Liderlərdən növbəti qələbə – YENİLƏNİB

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XVII turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq tur çərçivəsində iki oyun təşkil olunub.

Çempionatın mükafatını təmin edən komandalar autsayderləri sınağa çəkib. Öncə “Neftçi” “Sərhədçi” ilə qarşılaşıb. Nominal meydan sahibləri yenə dueldən yenə qələbə ilə ayrılıblar.

MOİK isə “Ekspress”lə üz-üzə gəlib. “Hərbçilər” favorit kimi çıxdıqları görüşün taleyini 3 setdə həll ediblər. 

Qeyd edək ki, bu turda çempionatın lideri “Murov” istirahət edib.

Yüksək Liqa
XVII tur
12 aprel
16:00. “Neftçi” - “Sərhədçi” - 3:1 (25:17, 25:27, 25:11, 25:13)

“Murov” voleybol klubunun idman zalı

18:00. MOİK - “Ekspress” - 3:0 (25:15, 25:20, 25:17)
“Murov” voleybol klubunun idman zalı

 

1

Murov

13

12

1

37-7

1083-805

35

2

Neftçi

14

11

3

36-14

1187-930

33

3

MOİK

14

8

6

28-20

1078-1002

25

4

Ekspress

14

2

12

7-36

750-1042

6

5

Sərhədçi

13

1

12

6-37

753-1073

3

0