Milli komandalarımızın mövqeyi – reytinq açıqlandı
18.07.2021 - 00:00
Milli komandalarımızın mövqeyi – reytinq açıqlandı

Voleybol üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, FİVB-in siyahılarında Azərbaycan yığmaları da yer alıb.

Qadınlardan ibarət millimiz 113 xalla dünyanın 42-ci komandasıdır. Yığmamız eyni xala malik olduğu Macarıstandan əlavə göstəricilərdə geri qalır.

Cədvələ ABŞ (416), Çin (376) və Braziliya (371) milliləri başçılıq edir.

Kişi voleybolçularımız 96 xalla 61-cidir. Eyni xala malik digər yığmalardan Qazaxıstan 60-cı, Danimarka 62-ci sırada yer alıb.

Siyahının ilk üç pilləsində Braziliya (431), Polşa (390) və Rusiya (343) komandaları qərarlaşıb.
 

0