Millilərimiz 6-cı “onluq”da – ilin ilk reytinqi açıqlandı
01.01.2022 - 11:49
Millilərimiz 6-cı “onluq”da – ilin ilk reytinqi açıqlandı

Voleybol üzrə milli komandaların dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın kişilər və qadınlardan ibarət yığmalarının da 2022-ci ilin ilk sıralamasındakı mövqeyi bəlli olub.

Hər iki komandamız FİVB reytinqinin 6-cı “onluğ”unda qərarlaşıb. Kişi voleybolçularımız planetin 56-cı komandasıdır. 96 xala malik yığmamız ötən cədvəldəki mövqeyini qoruyub.

Siyahıya 399 xala malik Braziliya başçılıq edir. Polşanın 384, Rusiyanın 352 xalı var.

Qadın millimizin aktivində 94 xal var. Komandamız dünyada 52-ci sırada qalıb.

Cədvəlin ilk pilləsində ABŞ yer alıb – 379 xal. Braziliya 366 xalla ikinci, Çin 360 xalla üçüncüdür.
 

0