Millimiz Türkiyə ilə qarşılaşacaq
14.05.2022 - 09:51
Millimiz Türkiyə ilə qarşılaşacaq

Avropa çempionatının seçmə mərhələsinə hazırlığı davam etdirən 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub.

Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, Eldar Əliyevin rəhbərlik etdiyi yığma bu gün Türkiyəyə yola düşüb.

Komanda məşqlərin son mərhələsini Türkiyədə keçəcək. Yığmamız qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Voleybolçularımız Ankarada hazırlıq çərçivəsində türkiyəli həmyaşıdları ilə də üz-üzə gələcək.

Komandamız Avropa çempionatının II təsnifat mərhələsinə ev sahibliyi edəcək Kosovoya isə mayın 19-da Türkiyədən yollanacaq.

Qeyd edək ki, millimiz E qrupunda Kosovo (20 may), Niderland (21 may) və Slovakiya (22 may) ilə qarşılaşacaq.

0