Millimizin Macarıstan və Finlandiya ilə oyunlarının vaxtı dəqiqləşdi
13.03.2022 - 13:17
Millimizin Macarıstan və Finlandiya ilə oyunlarının vaxtı dəqiqləşdi

Voleybol üzrə Gümüş Avropa Liqasında mübarizə aparacaq kişilərdən ibarət Azərbaycan yığmasının oyunlarının vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan millimiz Macarıstan və Finlandiya ilə qarşılaşacaq.

Komandamız turnirə evdə start verəcək. Macarıstanlıları qəbul edəcək voleybolçularımız ardınca Finlandiyaya səfər edəcək. Sonda şimallıları qonaq edəcək yığma turnirə Macarıstanda yekun vuracaq.

25 may
15:30. Azərbaycan – Macarıstan
1 iyun
20:30. Finlandiya – Azərbaycan
5 iyun
18:00. Azərbaycan – Finlandiya
12 iyun
18:00. Macarıstan – Azərbaycan
 

0