Millimizin baş məşqçisinin "siftəsi" korlandı - YENİLƏNİB
20.12.2019 - 16:49
Millimizin baş məşqçisinin "siftəsi" korlandı - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I turun ikinci oyunu keçirilib.
 
Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Mübariz” “Murov”la qarşılaşıb. 

Birincilərin debütü ilə əlamətdar olan görüş Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində baş tutub. Oyun “Mübariz”in qələbəsi ilə başa çatıb. Debütant Azərbaycan millisinin baş məşqçisi Vasif Talıbovun çalışdırdığı “Murov”un “siftəsini” korlayıb – 3:1. 

Super Liqa
I tur
15:00. “Mübariz” - “Murov” - 3:1 (25:18, 25:23, 18:25, 25:21)

Qeyd edək ki, I turun açılış oyununda “Azərreyl” “Abşeron”a 3:1  hesabı ilə qalib gəlib.
 

0
voleybol Mübariz Murov