Millimizin oyunlarının təqvimi – AVRO-2021-də
28.12.2020 - 17:06
Millimizin oyunlarının təqvimi – AVRO-2021-də

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yer aldığı Avropa çempionatının seçmə mərhələsinin F qrupunun təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, komandalar I dövrədə Gürcüstan, II dövrədə Monteneqroda mübarizə aparacaq.

Yığmamız və meydan sahibi olan komandalarla yanaşı Yunanıstan da bu qrupda qüvvəsini sınayacaq. Görüşlər 2021-ci ilin mayın 2-16-da keçiriləcək.

Komandamız ilk turda Monteneqro, ardınca Gürcüstan, sonra Yunanıstanla üz-üzə gələcək. İkinci dövrəyə də monteneqrolularla duellə başlayacaq yığmamız ardınca Yunanıstan, son turda Gürcüstanla görüşəcək.

AVRO-2021-in seçmə mərhələsi
F qrupu
I dövrə
I tur

Azərbaycan – Monteneqro
Gürcüstan – Yunanıstan
II tur
Monteneqro – Yunanıstan
Azərbaycan – Gürcüstan
III tur
Yunanıstan – Azərbaycan
Monteneqro - Gürcüstan

II dövrə
IV tur

Gürcüstan – Yunanıstan
Monteneqro - Azərbaycan
V tur
Yunanıstan – Azərbaycan
Gürcüstan - Monteneqro
VI tur
Azərbaycan – Gürcüstan
Yunanıstan - Monteneqro
 

0