Millinin sabiq oyunçusu Kanada klubunda
10.10.2019 - 10:22
Millinin sabiq oyunçusu Kanada klubunda

Azərbaycan milli komandasının sabiq voleybolçusu Kseniya Koçyigitin Kanada çempionatında oynaması rəsmiləşib. 

APA-nın məlumatına görə, 33 yaşlı blokçu “VolfPack”la danışıqları müsbət yekunlaşdırıb. 

O, Şimali Amerika təmsilçisi ilə bir mövsümlük müqaviləyə imza atıb. 

K. Koçyigit yeni klubunda millidəki sabiq komanda yoldaşı Anastasiya Muzika ilə birgə oynayacaq. Sonuncu bir müddətdir ki, Kanada yaşayır və “VolfPack”da çıxış edir. 

Qeyd edək ki, K. Koçyigit daha öncə Rusiya, Türkiyə, İtaliya və Filippin kimi ölkələrdə də legioner həyatı yaşayıb. 

0