Misirə uduzdu - millimiz
09.07.2021 - 18:58
Misirə uduzdu  - millimiz

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Pərviz Səmədovun baş məşqçisi olduğu komanda Polşada beynəlxalq turnirdə ilk matçına çıxıb.

İyulun 11-dək davam edəcək ənənəvi “Vaqner Memorial”ın ilk günündə millimiz Misirlə görüşüb. Voleybolçularımız Afrika təmsilçisinə 0:3 hesabı ilə uduzub.

Dairəvi sistemlə keçirilən turnirin II turunda yığmamız Polşa ilə görüşəcək. Son oyun günündə millimiz Norveçi sınağa çəkəcək. 

“Vaqner Memorial” turniri
I tur
9 iyul
17:00. Azərbaycan - Misir - 0:3 (16:25, 11:25, 16:25)

 

0