Natalya Məmmədova Çin Superliqasına 22 xalla başladı
04.11.2019 - 13:05
Natalya Məmmədova Çin Superliqasına 22 xalla başladı

Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədova Çin Superliqasında debüt edib. 

APA-nın məlumatına görə, 35 yaşlı hücumçu ötən ay transfer olduğu “Liaoninq”in heyətində ilk matçını keçirib. 

Onun komandası “Yun Nan Univercity” ilə qarşılaşıb və 3:1 (22:25, 25:15, 25:12, 25:13) hesabı ilə qələbə qazanıb. N. Məmmədova debüt görüşündə 22 xal qazanmaqla, matçın ən məhsuldar voleybolçusu olub. 

Qeyd edək ki, Çin Superliqasında 14 komanda 4 qrupda mübarizə aparır. “Liaoninq” D qrupunda “Yun Nan Univercity” yanaşı, “Jianqsu” və “Siçuan” klubları ilə qüvvəsini sınayacaq. 

0