Növbəti matçların vaxtı bilindi – Azərbaycan çempionatında
02.03.2020 - 14:08
Növbəti matçların vaxtı bilindi – Azərbaycan çempionatında

Azərbaycan Yüksək Liqasında və Super Liqasında daha 5 matçın vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, hər iki çempionatın II dövrəsinin növbəti qarşılaşmaları martın 3-ə təsadüf edəcək.

Qadın voleybolçular arasında Super Liqanın görüşləri Dərnəgül Voleybol Mərkəzində təşkil olunacaq. Saat 15:00-da “Abşeron” “Mübariz”i, 2 saat sonra “Azərreyl” UNEC-i sınağa çəkəcək.

Kişi voleybolçular isə “Sərhədçi” Olimpiya İdman Mərkəzində güclərini sınayacaqlar. Burada günə “Express” “Azərreyl” oyunu ilə start veriləcək. Komandalar mübarizəyə saat 14:00-da başlayacaqlar. 2 saat sonra “Sərhədçi” “Xilasedici” ilə, saat 18:00-da isə “Murov” MOİK-lə münasibətinə aydınlıq gətirəcək.
 

0
voleybol Super Liqa Yüksək Liqa