Növbəti turun oyunlarının vaxtı açıqlandı
15.01.2020 - 15:44
Növbəti turun oyunlarının vaxtı açıqlandı

Kişi basketbolçular arasında Azərbaycan Superliqasının XIII turunun oyunlarının başlama saatı açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, növbəti matçlar yanvarın 18-də keçiriləcək. 

Turun bütün görüşləri eyni gündə baş tutacaq. Oyunlar Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunacaq. 

Azərbaycan Superliqası
XIII tur
18 yanvar

12:00. "Gəncə" - "Atom"
14:00. "Xırdalan" - "80-lər"
16:00. "Zirvə" - "Atletik" 
18:00. "Sərkərdə" - "Sıçrayış"

0
basketbol Superliqa tur