Polina Rəhimova üçün uğursuz oyun
27.11.2019 - 09:31
Polina Rəhimova üçün uğursuz oyun

Qadın voleybolçular arasında Braziliya çempionatında növbəti turun oyunları keçirilib. 

Apasport.az saytının məlumatına görə, V tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Sesi” lider “Sesc”in qonağı olub. 

Qarşılaşma ev sahiblərinin asan – 3:0 (25:23, 25:22, 25:18) hesablı qələbəsi ilə başa çatıb. Rəhimova qarşılaşmada 23 xal toplayıb. Hücumda 17 zərbəsi dəqiq alınan voleybolçu 2 xalı blokda və 4 xalı topu oyuna daxiletmədə alıb. 

Qeyd edək ki, 5 oyunda 7 xal toplayan “Sesi” 5-ci yerdə qərarlaşıb. 

0
Polina Rəhimova Sesi Braziliya çempionatı