Polina Rəhimova yenidən yığmaya dəvət olundu – amma gəlməyəcək
27.07.2021 - 16:53
Polina Rəhimova yenidən yığmaya dəvət olundu – amma gəlməyəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, dörd ölkənin – Serbiya, Xorvatiya, Bolqarıstan və Rumıniyanın ev sahibliyi edəcəyi qitə çempionatının final mərhələsi üçün sifariş vərəqinə 21 oyunçu daxil edilib.

Təcrübəli voleybolçuları yenidən bir araya gələn millimiz analıq məzuniyyətində olan Yelizaveta Rubanın (Səmədova) xidmətindən məhrumdur. Həmçinin Polina Rəhimova qısa fasilədən sonra yenidən yığmaya dəvət alsa da, o, komandamıza kömək edə bilməyəcək. Hazırda klubsuz olan hücumçu zədədən əziyyət çəkir. 

Qızıl Avropa Liqasının ilkin heyətində yer alan, lakin yarış zamanı millinin sıralarında olmayan 7 voleybolçunun da adı sifariş vərəqinə daxil edilib. Bunlar Yana Doroşenko, Valeriya Kondratyeva, Olena Xarçenko, Larisa Smertsova, Anastasiya Qurbanova, Marqarita Stepanenko və Odina Əliyevadır.

Ümumilikdə isə heyətdə 3 libero, 5 toppaylayıcı, 7 blokçu və 6 hücumçu yer alıb.

Qeyd edək ki, yığmamız avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək final mərhələsində Serbiya, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina ilə eyni qrupda mübarizə aparacaq.

Azərbaycan millisinin heyəti:
Libero:
1. Leyla Parşkova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova;
Toppaylayıcılar: 2. Yana Doroşenko, 12. Valeriya Kondratyeva, 14. Kristina Besman, 8. Raziyə Əliyeva, 18. Şəfaqət Alışanova;
Blokçular: 6. Ayşən Abduləzimova, 15. Nilufər Ağazadə, 10. Anastasiya Mertsarova, 7. Olena Xarçenko, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 23. Larisa Smertsova;
Hücumçular: 3. Anastasiya Qurbanova, 10. Marqarita Stepanenko, 4. İlhamə Əliyeva, 11. Anastasiya Bayduk, 5. Odina Əliyeva, 17. Polina Rəhimova.

0