Polşa yığması Vasif Talıbovun komandasını darmadağın etdi
04.01.2020 - 10:42
Polşa yığması Vasif Talıbovun komandasını darmadağın etdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.

Apasport.az saytının məlumatına görə, Polşada təlim-məşq toplanışında olan Vasif Talıbovun komandası hazırlıq çərçivəsində yerli yığma ilə gücünü yoxlayıb. 

Görüş millimiz üçün uğursuz alınıb. Niderlandda baş tutacaq Avropa Olimpiya Təsnifat Turnirində təmsilçimizlə eyni qrupda yer alan rəqib komandamızı darmadağın edib. Polşa yığması voleybolçularımıza 5:0 (25:19, 25:22, 25:18, 26:24, 25:17) hesabı ilə qalib gəlib. 

Bununla da Vasif Talıbovun rəhbərliyi altında 3-cü oyununa çıxan komandamız yenə də qələbəyə həsrət qalıb. Millimiz Türkiyədə hazırlıq çərçivəsində “Fənərbaxça” və “Türk Hava Yolları” klubları ilə bacarmayıb. Hər 2 matç 2:2 hesabı ilə bitib.

Qeyd edək ki, milli Polşa ilə bu gün ikinci dəfə qarşılaşacaq. Yığmamız bu oyunun ardından – yanvarın 5-də Niderlanda yollanacaq. 

Apeldornda baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri yanvarın 7-12-də olacaq.
 

0
voleybol Vasif Talıbov yoxlama matçı