Portuqaliya millisinin qapıçısının ürəyi dayandı – 45 dəqiqə
23.02.2021 - 16:29
Portuqaliya millisinin qapıçısının ürəyi dayandı – 45 dəqiqə

Portuqaliya milli komandasının və “Porto”nun həndbolçusu Alfredo Kintana komaya düşüb.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı qapıçı məşq zamanı baş verən ürəkdayanmadan sonra xəstəxanaya çatdırılıb.

O, ürək və ağciyərlərin funksiyasını dəstəkləyən reanimasiya aparatına qoşulub. Kintananın ürəyi 45 dəqiqə dayanıb. Bu müddətin uzun olması beynə qan sızması ilə nəticələnib. Baş verənlərdən sonra qolkiperin beyninin hansı vəziyyətdə olması hələ dəqiqləşməyib.

Qeyd edək ki, Kintana “Porto”da 2010-cu, Portuqaliya millisində 2014-cü ildən oynayır.
 

0