Qrupda qaldı - millimiz
26.06.2021 - 14:00
Qrupda qaldı - millimiz

Azərbaycan millisi İsrailin Tel-Əviv şəhərində 3x3 basketbol üzrə Avropa çempionatında çıxışını erkən başa vurub. 

Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət yığma komandamız qrup mərhələsində mübarizəni dayandırıb.

Anar Haciyev, Cəbrayil Əkbərov, Endər Poladxanlı və Polad Həsənovdan ibarət milli yarışın ilk günündə Belçikaya 8:19 hesabı ilə uduzub. Basketbolçularımız ardınca Andorraya 19:8 hesabı ilə qalib gəlib. Təmsilçimizə 1/4 finala adlamaq üçün qrup mərhələsinin 3-cü oyununda almanları yenmək vacib olsa da, bunu bacarmayıb. Rəqib 21:14 hesablı qələbəyə sevinib. 

Bununla da komandamız qrupda 3-cü yeri tutaraq Parisdə keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlmək şansını itirib. 
 

0