Rusiya klubunda məşqçi işləyəcək – veteran hücumçumuz
15.07.2021 - 23:19
Rusiya klubunda məşqçi işləyəcək – veteran hücumçumuz

Azərbaycan milli komandasının sabiq voleybolçusu İnessa Qorxmazın yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, o, fəaliyyətinə Rusiya Superliqasında davam edəcək.

Qorxmaz Kazanın “Dinamo-Ak Bars” klubunda çalışacaq. Veteran hücumçu Rusiya təmsilçisinin məşqçisi təyin edilib.

İnessa yeni klubunda baş məşqçi Rişat Gilyazutdinovun köməkçisi kimi çalışacaq.

Qeyd edək ki, Qorxmaz ötən mövsüm Türkiyə təmsilçisi “Büyükçekmece Voleybol Akademi”nin baş məşqçisi olub.
 

0