Sabina: “Kişilər var ki, üç qadın ona kifayət etmir” - FOTOSESSİYA
11.03.2022 - 15:30
Sabina: “Kişilər var ki, üç qadın ona kifayət etmir” - FOTOSESSİYA

Qazaxıstan millisinin voleybolçusu Sabina Altınbekova meydandakı oyunu və gözəlliyi ilə kifayətlənmir.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı oyunçu hazırcavablığı və müsahiblər zamanı aldığı gözlənilməz suallara verdiyi cavablarla da özündən söz etdirib.

Sabina bəzi kişilərin çoxarvadlılığa meylliliyinə münasibət bildirib. Voleybolçu bəzi qadınların bunun öhdəsindən gəlmək gücündə olduğunu da vurğulayıb: “Elə kişilər var ki, üç qadın da ona kifayət etmir. Amma elə qadınlar da var ki, dördünü əvəz edə bilər”. 

Qeyd edək ki, Altınbekova Qazaxıstan, Yaponiya və Ərəb Liqalarında çıxış edib.
 

0