Sabiq kapitan yenidən yığmada
10.01.2020 - 17:39
Sabiq kapitan yenidən yığmada

Azərbaycan millisinin sabiq basketbolçusu Tahir Baxşıyev məşqçilik karyerasını bərpa edib. 

Apasport.az saytının məlumatına görə, 38 yaşlı mütəxəssis yenidən yığmada çalışacaq. 

Millinin sabiq kapitanı Azərbaycan Basketbol Federasiyası Məşqçilər Şurasının təklifi ilə 16 yaşadək komandamızın baş məşqçisi təyin olunub. O, bu postda Elşən Yusubovu əvəzləyib. 

Qeyd edək ki, ötən il basketbol üzrə Azərbaycan çempionatında qalmaqaldan sonra Baxşıyev U-20 yığmamızdan uzaqlaşdırılmışdı. 
 

0
Tahir Baxşıyev Azərbaycan yığması basketbol