Sabiq komandasını məhkəməyə verdi - Leroy
16.03.2021 - 13:37
Sabiq komandasını məhkəməyə verdi - Leroy

İtaliyalı voleybolçu Leroy Luqli və sabiq komandası “Maniaqo Pordenone” arasında qalmaqal tərəfləri məhkəməyə qədər aparıb.

Apasport.az saytının məlumatına görə, buna 2 il əvvəl baş verənlər səbəb olub. 

Voleybolçunun hamilə olduğunu bilən klub rəhbərliyi onunla müqaviləyə xitam verib. Bir ay sonra bətnindəki uşağı tələf olan Luqli klubu bu barədə məlumatlandırıb və ödənilməyən sonuncu ayının maaşını tələb edib.

“Maniaqo Pordenone” kompensasiya və ya hər hansı digər ödənişi etməkdən imtina edib. Onlar müqavilədəki bəndi əsas gətirib ki, voleybolçu hamiləliyin planlaşdırılması barədə öncədən məlumat verməli olsa da, bunu etməyib. Bundan narazı qalan Leroy tələb etdiyi pulu məhkəmə ilə almağa üstünlük verib.
 

0