Sonuncu oldu - millimiz
11.07.2021 - 20:57
Sonuncu oldu - millimiz

Kişi voleybolçular arasında “Vaqner Memorial” turnirinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası son turda Norveçlə görüşüb.

Pərviz Səmədovun baş məşqçisi olduğu komanda Misir və Polşa ilə qarşılaşmalarda olduğu kimi bu dəfə də uduzub. Millimiz yenə xalsız qalıb -  0:3 (19:25, 17:25, 14:25)

Beləliklə, xal toplaya bilməyən millimiz sonuncu yeri tutub. 1-ci yerdə 9 xal toplayan Polşa qərarlaşıb. Meydan sahibləri son turda 5 xala malik Misiri quru hesabla üstələyib. Norveç 4 xalla 3-cü olub.

“Vaqner Memorial” turniri
III tur
11 iyul
Azərbaycan – Norveç - 0:3 (19:25, 17:25, 14:25)

0