Super Liqa və Yüksək Liqa başladı: İlk oyunlar - FOTOSESSİYA
18.12.2021 - 00:10
Super Liqa və Yüksək Liqa başladı: İlk oyunlar - FOTOSESSİYA

Voleybol üzrə Azərbaycan çempionatının 2021/2022 mövsümünə start verilib. 

Apasport.az saytının məlumatına görə, yarışın açılış oyunu qadın voleybolçuların mübarizə apardığı Super Liqada baş tutub. 

İlk matçda “Abşeron” “Murov”u qəbul edib. Qarşılaşma Eldar Yusubovun yetirmələrinin asan qələbəsi ilə başa çatıb. “Abşeron” rəqibini “quru hesab”la məğlub edib. 

Ardınca kişilər arasında Yüksək Liqada MOİK “Neftçi” ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma “hərbçilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

17dekabr

Super Liqa
I tur
“Abşeron” – “Murov” – 3:0 (25:8, 25:23, 26:24)

Yüksək Liqa
I tur
MOİK – “Neftçi” – 3:1 (25:19, 26:28, 25:23, 25:16)

Qeyd edək ki, Super Liqada 4, Yüksək Liqada 5 komanda mübarizə aparacaq. Kişi voleybolçular 4 dövrədə yarışacaqlar. Yüksək Liqada “Neftçi”, “Murov”, MOİK, “Ekspress” və “Sərhədçi” qüvvəsini sınayacaq. 6 dövrədən ibarət olacaq Super Liqada “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC qalibin adını müəyyənləşdirəcək. Liqaların ən güclüsü qələbə sayına əsasən bəlli olacaq. 

Fotolar İslam Atakişiyevə məxsusdur

0