Super Liqada bütün mükafatçılar bilindi - YENİLƏNİB
13.04.2022 - 19:05
Super Liqada bütün mükafatçılar bilindi - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, turun hər iki qarşılaşması Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Çempion titulunu öncədən təmin edən “Abşeron” gümüş mükafatçı “Azərreyl”i sınağa çəkib. Bu dəfə də 3 setdə qalib gələn çempion qarşılaşmanı itkisiz keçib.

Autsayderlərin duelində bürünc mükafatın taleyinə aydınlıq gəlib. UNEC-ə qalib gələn “Murov” üçüncü yeri təmin edib.

Bununla da son tur ərəfəsində Super Liqanın bütün mükafatçıları dəqiqləşib. “Abşeron” qızıl, “Azərreyl” gümüş, “Murov” bürünc əldə edib.

Super Liqa
XI tur
13 aprel
16:00. “Abşeron” - “Azərreyl” - 3:0 (25:23, 27:25, 25:19)

Azərbaycan Voleybol Federasiyasının idman zalı

18:00. “Murov” – UNEC - 3:0 (25:15, 25:11, 25:18)
Azərbaycan Voleybol Federasiyasının idman zalı

N

K

O

Q

M

S

T

X

1

Abşeron

11

11

0

33-3

892-673

33

2

Azərreyl

11

5

6

20-21

910-885

17

3

Murov

11

4

7

16-25

880-889

11

4

UNEC

11

2

9

11-31

750-985

5

0