Tanınmış model ildə bir basketbolçu ilə sevgili olur - 5 ildə 5-ci...
20.02.2021 - 13:55
Tanınmış model ildə bir basketbolçu ilə sevgili olur - 5 ildə 5-ci...

Tanınmış model Kendall Jennerin paylaşımı maraqlı məqamı ortaya çıxarıb.

Apasport.az saytının məlumatına görə, o, MBA ulduzu Devin Bukerlə şəklini yayaraq, onunla sevgili olduğunu bəyan edib.

Jenner “Finiks Sanz”ın formasını geyinən ulduz basketbolçunun sevgililər günündə ona gözəl hədiyyə aldığını yayıb.

Maraqlıdır ki, Buker 25 yaşlı modelin 5-ci basketbolçu sevgilisidir. Eyni zamanda televiziyada çalışan amerikalı 2016-cı ildə Cordan Klarkson, 2017-18-ci illərdə Bleyk Qriffin, 2018-19-cu illərdə Ben Simmons, 2019-cu ildə isə Kayl Kuzma ilə sevgili olub.
 

0