Türkiyə klubunun 10 oyunçusu zəhərləndiyindən matç təxirə salındı
25.11.2019 - 09:15
Türkiyə klubunun 10 oyunçusu zəhərləndiyindən matç təxirə salındı

Türkiyənin qadın voleybolçulardan ibarət “Kuzeyboru” klubu xoşagəlməz hadisə ilə üzləşib. 

Apasport.az saytının məlumatına görə, I liqada mübarizə aparan komandanın 10 oyunçusu eyni gündə zəhərlənib. 

Voleybolçular xəstəxanaya aparıldığından “Başakspor”la qarşılaşma təxirə salınıb. 

“Kuzeyboru” klubundan verilən açıqlamada bildirilir ki, noyabrın 22-də oyun üçün Mardinə gəliblər və oteldə gecələyiblər. Ertəsi gün voleybolçular ürəkbulanması və zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb: “Komanda üzvləri səhər saatlarında xəstəxanadan buraxılıblar. Lakin oteldə həkim nəzarəti altındadır”. 

Qeyd edək ki, matçın hansı vaxta keçirildiyi hələ açıqlanmayıb. 
 

0
Türkiyə klubu zəhərlənmə təxirə salındı